Interposta.Info

ABŞ-ın Azərbaycandakı səfirliyindən xəbərdarlıq

Siyasət
 7-01-2020, 08:21     370

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edib.

"İnterPosta.info" xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib.

Səfirlik vətəndaşlarının ehtiyat tədbirləri görməyə çağırıb: "Yaxın Şərqdə gərginlik artır. Bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb".

Əsasən amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilir.

Fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26