Interposta.Info

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatdı (FOTOLAR)
 

Dünya
 20-09-2021, 12:52     343

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

Məlumatı "RİA Novosti” yayıb.

11.50

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

11.28

Rusiyada universitetdə atışma olub.

Hadisə Perm şəhərində baş verib.

Belə ki, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Bildirilir ki, bir neçə nəfər pəncərədən tullanaraq qaçıb.

Hadisə zamanı bir nəfərin yaralandığı deyilir.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26