Interposta.Info

Rusiyada həyəcan: qvardiya hərəkətə keçdi, 5700 şəxs...

Dünya
 12-09-2017, 15:56     9 259

Rusiyanın Perm şəhərində bir sıra məktəb binalarında partladıcı qurğuların yerləşdirilməsi barədə təhlükəsizlik qüvvələrinə daxil olan zəngdən sonra əməliyyat başlanılıb, dərslər ləğv edilib.

Axar.az xəbər verir ki, ümumilikdə 5700 nəfərin təxliyə olunduğu əməliyyat zamanı 7 məktəb binası və bir neçə inzibatı bina tamamilə boşaldılıb. Xüsusi əməliyyat dəstələri, polis və qvardiya təlim görmüş itlər vasitəsi ilə binaları yoxlayır.

Yerli mətbuatda yer alan xəbərlərə görə isə təxliyə olunan binalar arasında 10 məktəb binası, Perm Dövlət Universiteti, bir neçə ticarət mərkəzi, avtovağzal binası və “Perm-2” dəmiryolu vağzalı da olub.

Partladıcı qurğu barədə xəbərdarlıq zənginin eyni zamanda Çelyabinsk, Ufa, Omsk, Vladivostok kimi şəhərlərdə də qeydə alındığı bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26