Interposta.Info

ABŞ-da baş verən silahlı incident nəticəsində

Dünya
 2-11-2017, 08:30     9 960

Naməlum şəxs ABŞ-ın Kolorado ştatının Tornton şəhərindəki univermaqda atəş açıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tornton polisi “Tvitter”də məlumat yayıb.

“Bu dəqiqələrdə “Walmart” univermaqının qarşısında naməlum şəxs atəş açıb, yaralananlar var”, məlumatda bildirilir. Sakinlərə əraziyə yaxınlaşmamaq tövsiyə edilib. Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.

***

ABŞ-ın Tornton şəhərində (Kolorado ştatı) baş verən silahlı incident nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tornton polisi “Tvitter”də məlumat yayıb.

Bundan əvvəl bir neçə nəfərin yaralandığı bildirilirdi.

“Walmart” univermağının qarşısında baş verən silahlı insident nəticəsində iki kişi ölüb, bir qadın yaralanıb. Yaralı qadın xəstəxanaya çatdırılıb”, məlumatda deyilir.

İnsidentin digər təfərrüatları hələ ki, açıqlanmır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26