Interposta.Info

Birmingem xəstəxanasında atəş açan şəxs ölü tapılıb

Dünya
 15-03-2018, 09:08     10 476

Amerikanın Birmingem şəhərində (Alabama ştatı) yerləşən xəstəxanalardan birində naməlum şəxs atəş açıb.

“Report” xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Hadisə çərşənbə günü axşam baş verib. Atışmaya məhz nəyin səbəb olduğu açıqlanmır.

Polis qeyd edib ki, şübhəli şəxs saxlanılıb. Başqa təfərrüatlar hələ ki, məlum deyil.

***

ABŞ-ın Alabama ştatının Birmingem şəhər xəstəxanasında iki nəfəri atəş açaraq yaralayan şəxs ölü tapılıb.

“Report” xəbər verir ki, onun meyiti üzərində odlu silah yarası olub.

Hadisə zamanı yaralananların vəziyyəti barədə məlumat yoxdur. Cinayətin motivi də məlum deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26