Interposta.Info

Paris məscidində atışma olub

Dünya
 9-03-2020, 09:10     355

Naməlum şəxs Parisin şimal-şərqindəki məscidinin ərazisində atəş açıb.

Trend-in məlumatına görə, bu barədə BFMTV telekanalı xəbər verib.

Bildirilir ki, martın 8-də axşam saatlarında şəhərin 19-cu dairəsində naməlum şəxs məscidin həyətinə girərək atəş açıb. Atəş nəticəsində bir nəfər yaralanıb. Təcavüzkar hadisə yerindən motorollerlə uzaqlaşa bilib.

Yaralanan xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26