Interposta.Info

Almaniyada pandemiyanın dördüncü dalğası başlanır

Dünya
 20-08-2021, 20:01     454

Almaniyada pandemiyanın dördüncü dalğası tam sürətlə yaşanır.

AZƏRTAC xəbər verir ki, bir həftə ərzində laboratoriyalarda PZR testlərinə müsbət reaksiyaların faizi 4-dən 6-ya yüksəlib. Ekspertlər hesab edirlər ki, bu, xüsusilə gənclər və yetkinlər arasında infeksiyalar səbəbindən sürətlənən dördüncü dalğanın başlanmasını təsdiq edir. Bəzi insanlar məzuniyyət keçirdikləri ölkələrdə - Balkanlarda, Yunanıstanda, İspaniyada koronavirusa yoluxublar.

Bu günə olan məlumata görə, Almaniyada yeddigünlük yoluxma hallarının sayı 48,8 əmsalına çatıb. Bundan əvvəl - 44,2, ayın əvvəlində isə - 30,1 idi.

Gün ərzində ölkədə koronavirusa 9280 nəfər yoluxub, bir həftə əvvəl isə 5578 yoluxma halı qeydə alınmışdı. Ötən gün Almaniyada bu xəstəlikdən 13 nəfər ölüb. Bir həftə əvvəl isə 19 nəfər həyatını itirmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26