Interposta.Info

Bayden: “Texnologiya liderlərin üz-üzə görüşmələrini əvəz edə bilməz”

Dünya
 17-04-2021, 10:37     141


ABŞ Prezidenti Co Bayden heç bir texnologiyanın dünya liderlərinin üz-üzə görüşmələrini əvəz edə bilməyəcəyini söyləyib.

Qaynarinfo xəbər verir ki, o bu sözləri Yaponiyanın Baş naziri Yoşihide Suqa ilə birgə mətbuat konfransında deyib və "Üz-üzə danışıqlara alternativ yoxdur", - deyə bildirib.

Amerika lideri belə danışıqların nadir hallarda baş verdiyini deyib, çünki koronavirus səbəbindən məhdudiyyətlər var.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti yaxın aylarda Rusiya Prezidenti Vladimir Putinlə üçüncü bir ölkədə üz-üzə görüş keçirməyi təklif edib. Eyni zamanda Kreml yeni anti-Rusiya sanksiyaları tətbiq ediləcəyi təqdirdə, görüş təklifinin "iş ilə daha az əlaqəli olacağını" açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26