Interposta.Info

ABŞ KİV Putinlə Baydenin görüş tarixini açıqladı

Dünya
 25-05-2021, 18:21     521

Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin görüşü 15-16 iyun tarixlərində İsveçrədə keçiriləcək.

"İnterPosta" xəbər verir ki, bu haqda məlumatı Amerika mətbuatı öz mənbələrinə istinadən yayıb.

Bundan əvvəl Xarici İşlər naziri Sergey Lavrov Putin və Bayden arasındakı görüşün yaxın zamanlarda baş tutacağını elan etmişdi.

Lavrov Vaşinqtonla dialoqun tonunu qiymətləndirərək, iki lider arasındakı görüş nəticəsində Rusiya Federasiyası ilə ABŞ arasındakı münasibətlərdə qıcıqlandırıcı nüansların aradan qaldırılacağına ümid etdiyini deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26