Interposta.Info

Tramp on il vergi ödəməyib?

Dünya
 28-09-2020, 14:57     591

ABŞ Prezidenti Donald Trampın uzun müddətdir mübahisə yaradan vergi qeydləri ələ keçib.

“New York Times” qəzeti Trampın milyonlarla dollar borcunun olduğunu iddia edib.

Bildirilir ki, Trampın şirkətlərinin itkisi qazancından çox olduğu üçün 10 ildir ki vergi ödəmir.

Onun 2016-2017-ci illərdə yalnız 750 dollar vergi ödədiyi qeyd olunur.

ABŞ prezidenti bu xəbərləri təkzib edərək onları “tamamilə saxta” adlandırıb.

Nə qədər vergi ödədiyinə dair suallara cavab olaraq o bildirib ki, vergi bəyannaməsi hazırda nəzarət altındadır və yoxlama başa çatdıqdan sonra vergi qeydlərini elan edəcək./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26