Interposta.Info

Tramp 1,5 trilyon dollarlıq qanun imzaladı: Son 30 il...

Dünya
 23-12-2017, 07:35     10 427

ABŞ Prezidenti Donald Tramp ölkənin vergi sistemində son 30 ilin ən iri dəyişikliklərini özündə ehtiva edən 1.5 trilyon dollarlıq vergi güzəştləri layihəsini imzalayıb.

Axar.az xəbər verir ki, Trampın bu imzası ilə sözügedən vergi planı Ağ Ev üçün ilin ən böyük qələbəsi olub.

Qanun layihəsini Tramp imzaladıqdan sonra Tvitter hesabında paylaşım edib: "Amerikalıların 95 faizi eyni miqdarda vergi ödəyəcək. Demokratların yeganə istədiyi vergiləri artırmaq idi".

Qeyd edək ki, sözügedən qanun layihəsi 1980-ci ildən bəri ən böyük dəyişikliklərə səbəb olacaq. Bu, Trampın miqrasiya və sağlamlıq sığortası sahələrində hüquqi maneələrlə qarşılaşdığı ilk ilinin ən böyük uğuru kimi qiymətləndirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26