Interposta.Info

“Ağ Ev karvansaray deyil!” -

Dünya
 21-04-2017, 07:30     534

ABŞ Konqresinin üzvləri prezident Donald Trampı Ağ Ev və dövlət başçısının rəsmi fəaliyyət göstərdiyi şəxsi iqamətgahlarına gələn bütün ziyarətçilərinin siyahılarını dərc etməyə məcbur etməyi təklif edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Maykl Kuiqli tərəfindən hazırlanıb.
Qanun layihəsi onun 39 həmkarının dəstəyi ilə Konqresin müzakirəsinə təqdim edilib.
Demokratlar həmçinin Trampın vergi bəyannamələrini yoxlamaq, ona şəxsi mobil telefondan istifadə etməyi qadağan etmək istəyirlər. Qanun layihəsinə əsasən, Ağ Evin və “Trump Organization” şirkətinin mülkiyyətində olanlar da daxil olmaqla, prezidentin rəsmi fəaliyyət göstərdiyi istənilən başqa obyektlərə gələnlərin siyahısı dərc olunmalıdır.
Qanun layihəsini dəstəkləyən Konqres üzvlərinin fikrincə, Amerika xalqı şəffaflığın belə elementar səviyyəsini tələb etmək üçün tam hüquqa malikdir.
Qanun layihəsinin tərəfdarlarını narahat edən faktlardan biri odur ki, Trampın Florida ştatındakı məşhur klubu Palm-Biçə üzvlük haqqı prezident seçkilərində respublikaçının qələbəsindən sonra 200 milyon dollara (100 milyon dollar idi) qədər artıb.
Trampın Floridadakı Mar-a-Laqo iqamətgahı demokratların xüsusi diqqətini cəlb edir. Prezident burada siyasətçilərlə qapalı görüşləri təşkil edir və boş vaxtın çox hissəsini burada keçirməyə çalışır. Yerli KİV-in xəbərlərinə görə, Donald Tramp Palm-Biç və Mar-a-Laqoda ümumilikdə 21 gün keçirib. Bu səfərlərə çəkilən xərclərin ümumi məbləği təxminən 21,6 milyon dollar təşkil edib.
KİV artıq hesablayıb ki, Trampın səfərlərinin il ərzində dəyəri keçmiş prezident Barak Obamanın 8 illik analoji xərclərini üstələyə bilər.
Bundan başqa, ABŞ Konqresi ailəyə məxsus iqamətgahlar və ya mehmanxanalarda qalacağı halda, Trampın səfərlərinə büdcə vəsaitini xərcləməyi qadağan etmək istəyirlər. Bu barədə qanun layihəsi isə demokrat Erl Blumenauer tərəfindən Konqresin müzakirəsinə təqdim edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26