Interposta.Info

Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmayan qanun layihələri (SİYAHI)

Ölkə
 31-05-2021, 15:30     520

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib və bununla da sessiya sona çatıb.

"Report"un xəbərinə görə, 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən 10 qanun layihəsi müzakirəyə çıxarılmayıb.

Bunlar aşağıdakılardır:

1. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi;

2. "Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

3. "Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

4. "Təhsil kreditləri haqqında” qanun layihəsi;

5. "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

6. "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;

7. "Lombardlar haqqında” qanun layihəsi;

8. "Turizm haqqında” qanun layihəsi;

9. "Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

10. "Ali təhsil haqqında” qanun layihəsi".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26