Interposta.Info

İsrail “Facebook” və “Google”a vergi tətbiq edəcək

Müxtəlif
 16-11-2017, 10:59     9 969

İsrail bu il ərzində “Google” və “Facebook” şirkətlərinə vergi hesabı göndərməyi planlaşdırır.

interposta.info Report-a istinadən xəbər verir ki, bu barədə “The Marker” maliyyə qəzeti məlumat yayıb.

İsrailin vergi orqanının rəhbəri Moşe Aşer bildirib ki, vergi hesablarının hazırlanması üçün işlərə başlanılıb: "Hazırda qurum necə hesab aparılması üzərində çalışır. Şirkətlərin İsrail müştərilərindən əldə etdiyi mənfəətin neçə faizinin ölkəyə vergi olaraq ödənilməsi barədə qərar veriləcək".

M.Aşer bildirib ki, vergi şirkətin İsraildəki əməliyyatlarına görə ödənilə bilər.

Bu məsələ ilə bağlı “Google” və “Facebook”dan hər hansı açıqlama verilməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26