Interposta.Info

“Facebook”, “Twitter” və “Google” Senata çağırıldı

Müxtəlif
 29-10-2017, 12:01     10 388

Oktyabrın 31-də “Facebook”, “Google” və “Twitter” şirkətlərinin təmsilçiləri ABŞ Senatının Hüquq komitəsində keçiriləcək dinləmələrdə iştirak edəcək.

interposta.info-ın Lent.az-a istinadla xəbərinə görə, bu barədə komitənin saytında məlumat verilib. İKT şirkətlərinin nümayəndələri “Rusiya işi” ilə bağlı dinləmələrdə çıxış edəcəklər.

Tədbirə “Facebook”un baş hüquq məsləhətçisi Kolin Stretç, “Google”un hüquq-mühafizə məsələləri və informasiya təhlükəsizliyi üzrə direktoru Riçard Salqado, “Twitter”in baş hüquq məsləhətçisi vəzifəsini icra edən Şon Edjett qatılacaq.

Xatırladaq ki, qeyd olunan şirkətlər Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair materialları Konqresə təqdim ediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26