Interposta.Info

Lukaşenko Belarus katoliklərinin liderini də ölkədən qovub

Dünya
 14-09-2020, 18:35     694

Belarus Daxili İşlər Nazirliyi ölkənin Roma-katolik kilsəsinin rəhbəri Tadeuş Kondruseviçin xarici pasportunu qüvvədən düşmüş hesab edib və beləliklə, onun Polşadan ölkəyə girişini əngəlləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Dövlət sərhəd xidmətinin T.Kondruseviçin şikayətinə verdiyi cavabda deyilib.

Cavab məktubu şəxsən komitənin sədri Anatoli Lappo tərəfindən imzalanıb.
Belarus Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və miqrasiya departamentinin rəisi Aleksey Bequn da informasiyanı təsdiqləyərək keşişin ölkəyə geri qayıtmasının mümkün olmadığını bildirib.

Tadeuş Kondruseviç etnik polyak olsa da Belarus vətəndaşıdır. Bu ilin avqust ayının 31-də heç bir izah göstərilmədən ona doğma vətəninə dönmək yasaqlanıb. Məsələ burasındadır ki, bu ilin avqust ayının 9-da keçirilən prezident seçkilərindən sonra Kondruseviç Aleksandr Lukaşenko rejiminin dinc nümayişçilərə divan tutmasını sərt şəkildə tənqid edib.

Prezident Aleksandr Lukaşenko da qanuna məhəl qoymadan ölkə vətəndaşının gəlişini bilərəkdən əngəllədiklərini etiraf edib. Onun sözlərinə görə, belaruslu keşmeş Varşavaya “məsələhətləşmələr” üçün gedibmiş və orada “konkret tapşırıqlarla” təlimatlar alıb.

“Mənim üçün fərqi yoxdur, istər katolik, istər pravoslav, istərsə də müsəlmanların rəhbəri olsun. Sən siyasətə girmisənsə və üstəlik buraya inanclı insanları cəlb etmisənsə, ikiqat məsuliyyət daşıyırsan”,-deyə prezident mövqeyini bu cümlə ilə əsaslandırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26