Interposta.Info

Lukaşenko orduya əmr verdi: Müharibəyə hazır olun

Dünya
 22-08-2020, 21:52     829

NATO Belarus sərhədinə qoşun toplayıb.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, Belarus ordusuna müharibəyə hazır olmaq əmrini verib:

“Qərb siyasətçilərinin ağzından çıxan təhdidləri çox yaxşı duya bilirik. Hamısı eyni fit çalmağa və maliyyə ayırdıqlarını açıqlamağa başlayıblarsa, bu, boşuna deyil.

NATO-nun F-16 qırıcıları ölkəyə 15-20 dəqiqəlik uçuş məsafəsində yerləşir:

Bunu ötən il təlim keçdiklərində də gördük. Amma koronavirus onları az da olsa, dayandırdı. Daxildə iğtişaşlar başlayanda fəal hərəkətə keçdilər. Bütün ordu səfərbər edilib, bunu görürük və başa düşürük. Bu səbəbdən orduya müharibəyə tam hazır olmağı əmr etdim”./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26