Interposta.Info

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyə edildi - RƏSMİ

Dünya
 5-08-2020, 12:34     464

Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş və 100-dən çox şəxsin həlak olmasına, minlərlə insanın yaralanmasına səbəb olmuş partlayışlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

Bu barədə ölkəmizin Livandakı səfiri Ağasəlim Şükürov məlumat verib.

O əlavə edib ki, səfirliyin insidentin baş verdiyi yerdən aralıda yerləşən binası da zərər görməyib.

Bundan başqa, Beyrut limanında gəmidə olan 10 nəfər azərbaycanlı dənizçi də Livan hökuməti tərəfindən təxliyə edilib və onlar da heç bir xəsarət almayıb./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26