Interposta.Info

Bakıda 18 mərtəbəli binada yanğın – 30 nəfər təxliyə edildi, 1 nəfər zəhərləndi – FOTO

Ölkə
 7-02-2018, 23:46     10 640

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın nəticəsində kabellər yanıb.

interposta.info
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.

30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 1 nəfər binanın mühafizəçisi tüstüdən zəhərlənib.

Hadisə nəticəsində başqa xəsarət alan olmayıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

interposta.info
Sputnik-ə istinadən hadisə yerindən fotoları təqdim edir:

Bakıda 18 mərtəbəli binada yanğın – 30 nəfər təxliyə edildi, 1 nəfər zəhərləndi – FOTO
Bakıda 18 mərtəbəli binada yanğın – 30 nəfər təxliyə edildi, 1 nəfər zəhərləndi – FOTO
Bakıda 18 mərtəbəli binada yanğın – 30 nəfər təxliyə edildi, 1 nəfər zəhərləndi – FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26