Interposta.Info

Bu ölkədə 2 erməni dövlət məmur təyin edildi

Dünya
 9-08-2017, 07:35     10 346

Livan hökumətində iki erməni dövlət postuna təyin edilib.

Report xəbər verir ki, Beyrutda yaşayan Ara Xaçaturyan adlı erməni Livanın Kolumbiyadakı səfiri təyin olunub.

Huri Ter-Sarkisyan isə Livan hökumətində baş maliyyə nəzarətçisi təyin edilib. Bu, nazir vəzifəsi sayılır.

Məlumata görə, Livanın Qazaxıstandakı səfiri Vazgen Kavalyan isə bu ölkədə səlahiyyət müddətini başa vuraraq geri dönüb və onun yaxın günlərdə yeni vəzifəyə təyin olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Livanın turizm naziri Avetis Qidanyan yerli telekanallardan birindəki proqramda bildirib: “Livanla Ermənistan arasında seçim etməli olsam, Ermənistanı seçərəm. Mən erməni soylu livanlıyam. Mən türklərin Livana gəlməsini qadağan edə bilmərəm. Ancaq mən onları hava limanında da salamlamaq istəmirəm”.

Xatırladaq ki, Livan müsəlman ölkəsi sayılır. Hökuməti lideri Həsən Nəsrullah olan və İranın yardım etdiyi “Hizbullah” təşkilatı da dəstəkləyib.

Bu arada Azərbaycanın Dağlıq Qarabağ topaqlarının işğalı zamanı ermənilər tərəfindən livanlı muzdlu silahlıların da döyüşdüyü haqqında məlumatlar var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26