Interposta.Info

Elnur Hüseynov azərbaycanlıların İzmirdə keçirdiyi aksiyada – FOTOLAR

Dünya
 23-07-2020, 11:28     532

İyulun 22-də Türkiyənin İzmir şəhərində yaşayan soydaşlarımız Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə etiraz olaraq aksiya keçirilib.

Musavat.com-a aksiya barədə danışan keçmiş jurnalist, İzmirdə yaşayan həmvətənimiz Emin Cəfərov məlumat verib. O bildirib ki, aksiyada 300 nəfərə yaxın adam iştirak edib:

“İştirakçılar arasında İzmirin ən ucqar bölgəsindən gələnlər də vardı. Manisada təhsil alan tələbələr də bizə qatılmışdı. Sənətçilərdən Elnur Hüseynov, iş adamı, İzmirdəki Azərbaycanlıların Dərnəyi başqanı Asif Qurban da orada idi. 300 nəfərdən 30-40 nəfəri Türkiyə türki idi. Konak Saat Kulesi gedib-gəlişli yer olduğu üçün ətrafda insan çox idi. 100-ə yaxın Türkiyə vətədaşı aksiyanı izləyirdi. Ətrafda erməni yox idi, olsaydı, Los Ancelesdə yaşananların acığını çıxardıq. “Qarabağ bizimdir bizim olacaq”, “Erməni vandalizminə son”, “Stop armenian aggression” sloqanları səsləndirilirdi. Ancaq Azərbaycan və Türkiyənin bayraqları dalğalanırdı. Aksiya uğurlu keçdi”.

Aksiyada iştirak edənlər arasında müğənni, “Eurovision” təmsilçimiz Elnur Hüseynovun aksiyadan görüntləri sosial şəbəkədə yayılıb.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26