Interposta.Info

Gürcüstanda qatar yandı, sərnişinlər təxliyə edildi - VİDEO - YENİLƏNİB

Dünya
 14-02-2020, 15:04     333

Zuqdidi-Tbilisi sərnişin qatarında yanğına kontakt şəbəkəsində baş verən qısaqapanma səbəb olub.

Bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin yaydığı məlumatda deyilib.

Bildirilib ki, qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar.

Sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, yanğın qatar Abaşa şəhəri yaxınlığından keçərkən başlayıb.

Sərnişinlər qatardan təxliyə edilib. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26