Interposta.Info

Bakıda sərnişin avtobusunda yanğın (VİDEO)

Ölkə
 3-02-2019, 12:56     10 382

Bakının Xətai rayonunda, Əhmədli metrosunun çıxışında 46 saylı marşrutda partlayış olub.

İnterPosta.info
qafqazinfo-ya istinadən xəbər verir ki, partlayışdan sonra yanğın baş verib. Yaxınlıqdakı "Bakı Bus” marşrutlarının sürücülərinin müdaxiləsindən sonra yanğın söndürülüb.

Sərnişinlər vaxtında təxliyyə olunduğundan yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürən cəlb olunub.

Partlayışın səbəbi hələlik məlum deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26