Bakının mərkəzində partlayış: yanğın başladı (VİDEO)
Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.
"İnterPosta" Trend-ə istinadən xəbər verir ki, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, yanğın artıq söndürülüb:
"Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".
İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26