Interposta.Info

Bakıda yataqxanada yanğın: ölənlər var - Video

Ölkə
 6-03-2019, 09:03     10 380

Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verib.

İnterPosta.info
FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və təxirəsalınmaz tədbirlər görülür.
***
Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı 8 nəfər tüstüdən boğulub və ya yanğın zamanı xəsarət alıb. Onlardan 2-i - Surxay Əliyev və həyat yoldaşı Elza Əliyeva ölüb. Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26