Interposta.Info

Bakının mərkəzindəki yanğın söndürüldü (FOTO/VİDEO)

Ölkə
 7-08-2021, 19:33     1 171

Bakının Nəsimi rayonunda evdə baş verən yanğın söndürülüb.

Bu barədə "nterPosta"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, avqust 7-də nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.

15.07

Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində fərdi yaşayış evində yanğın baş verib.

"İnterPosta" xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İnterPosta.info




[iframe=https://player.qaynarinfo.az?v=1719&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26