Interposta.Info

Paytaxda "BakuBus" avtobusu yandı

Ölkə
 1-09-2020, 09:05     648

Bakı şəhərinin Sabunçu rayonunda "Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

"İnterPosta" FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib. BNA-dan bildirilib ki, bu gün səhər saatlarında "BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub:

"Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26