Interposta.Info

Bakıda sərnişin avtobusu yandı

Ölkə
 21-03-2019, 17:31     10 424

Bakıda sərnişin avtobusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) İnterPosta.info-a verilən məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26