Interposta.Info

Bakı-Tbilisi qatarında qəza baş verib - VİDEO

Ölkə
 9-07-2019, 08:34     10 338

Bakı-Tbilisi qatarında hərəkət bərpa olunub.

Oxu.az-a bu barədə sərnişinlərdən biri məlumat verib.

Bildirilib ki, qəzanın ilkin nəticələri aradan qaldırıldıqdan sonra hərəkətə icazə verilib.

Əraziyə isə xüsusi təyinatlı qatar gəlib və təmir işləri davam etdirilib.

** *

Bakı - Tbilisi qatarı qəzaya uğrayıb.

İnterPosta.info “oxu.az”a istinadən xəbər verir ki, hadisə Bakı - Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26