Interposta.Info

Putin Nurməhəmmədova telefon nömrəsi verdi

Dünya
 23-11-2018, 22:12     484

Rusiya prezidenti Vladimir Putin MMA döyüşçüsü Həbib Nurməhəmmədova telefon nömrəsini verib və istənilən vaxt zəng edə biləcəyini deyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu H. Nurməhəmmədovun avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov bildirib.

O, Putinin Nurməhəmmədova UFC çempionatının final döyüşündən sonra zəng etdiyini deyib.

“Vladimir Vladimiroviç döyüşü izləyirdi. O bu sözləri dedi: “Səninlə fəxr edirik, təxribatlara önəm vermə. Əgər nə isə olsa, istənilən vaxt bu nömrəyə zəng edə bilərsən. Başını dik tut. Böyük məmnuniyyətlə səni qonaq gözləyirəm”, - deyə Z. Qurbanov bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26