Interposta.Info

Nurməhəmmədova rekord qonorar: 2 milyon...

İdman
 6-10-2018, 20:17     10 431

Yüngül çəkidə Mütləq Döyüşçü Çempionatının (UFC) çempion kəmərinə sahib Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qarşı döyüşü üçün 2 milyon dollar qonorar alacaq.

Axar.az xəbər verir ki, Konor Makqreqorla döyüşə görə Nurməhəmmədova veriləcək qonorar onun UFC-də çıxışı ərzində alacağı rekord məbləğ olacaq. Buna qədər isə rusiyalı idmançı təşkilat çərçivəsində ən çox 530 min dollar qonorar alıb. Makqreqorun isə rusiyalı ilə döyüşə görə alacağı qonorarın məbləği 3 milyon dollar təşkil edir.

Bu qonorar döyüşçülərin rinqə çıxmasına görə verilən zəmanətli məbləğdir.

Qeyd edək ki, Nurməhəmmədov Makqreqorla oktyabrın 7-nə keçən gecə ( Bakı vaxtı ilə təxminən səhər saat 8:00 radələrində) Las-Veqas şəhərində rinqə çıxacaq. Bu qarşılaşma UFC turnirinin əsas hadisəsi olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26