Interposta.Info

Əsrin döyüşünü Nurməhəmmədov Həbib qazandı - VİDEO

İdman
 7-10-2018, 10:37     10 464

Oktyabrın 7-da qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

"XeberBiz" məlumatına görə, əsrin döyüşü adlanan görüş Las Veqas şəhərində keçirilib.

30 yaşlı qaydasız döyüşçü rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Həbib dördüncü raundda hakimlərin qərarı ilə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanıb.

Nurməhəmmədovun karyerası ərzində qazandığı iyirmi yeddi döyüşdə (27-ci) qələbəsidir. Həbib 2017-ci ildə amerikalı döyüşçü məğlub edərək yüngül çəkidə çempion adı qazanmışdı.

Nurməhəmmədovun, bu döyüşdən əldə etdiyi qonorar 2 milyon dollar olub.

Qeyd edək ki, karyerası ərzində 27 döyüş keçirən Həbib Nurməhəmmədov, bu günə qədər uduzmayıb. Peşəkar rinqdə 21-ci oyununu keçirən Konor isə 4-cü məğlubiyyətini alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26