Interposta.Info

Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialına çəkilib

İdman
 25-12-2018, 11:23     10 553

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialına çəkilib.

"Report"un məlumatına görə, tanınmış idmançı bu məqsədlə Türkiyənin İstanbul şəhərində olub. O, serialın aktyorları, o cümlədən Ertuğrul rolunu oynayan Engin Altanla görüşüb.

"Sanki mən də mövzunun içindəyəm" deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.

İnterPosya.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26