Interposta.Info

MKİ Peterburqu xilas etdi: Putindən Trampa zəng

Dünya
 18-12-2017, 07:28     9 289

Rusiya Prezidenti Vladimir Putin bazar günü axşam saatlarında ABŞ lideri Donald Trampa zəng edib.

Axar.az xəbər verir ki, Putin MKİ-nin Peterburqda terakta hazırlaşan terrorçuların ələ keçirilməsində informasiya dəstəyi göstərdiyi üçün Trampa təşəkkür edib.

Kremlin yaydığı məlumatda telefon zənginin Putinin təşəbbüsü ilə gerçəkləşdiyi bildirilib.

“Putin bildirib ki, MKİ-dən alınan informasiya terrorçuların izinə düşməyə imkan verib. Putin Trampdan xüsusi təşəkkürünü MKİ direktoruna çatdırmağı da xahiş edib”, - məlumatda qeyd edilib.

Putin Trampla danışığında, həmçinin, Rusiya kəşfiyyatçılarının ABŞ-a qarşı hər hansı təhdid barədə informasiya əldə edəcəkləri təqdirdə dərhal amerikalı həmkarlarını məlumatlandıracaqlarını bildirib.

Qeyd edək ki, Sankt-Peterburqda terakt həyata keçirməyə çalışan İŞİD-ə bağlı 5 nəfər yaxalanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26