Interposta.Info

Peterburq teraktının mesajı:

Müxtəlif
 4-04-2017, 10:09     630

Sankt-Peterburqda metro patlayışının “müəllifliyə” iki real qüvvə iddia edə bilər. Bu aksiya ya Şimali Qafqazda məskunlaşan gizli qrupların təlimatıyla həyata keçirilib, ya da əmr İŞİD-dən gəlib. Əslində bunların ikisi arasında fərq yoxdur. Çünki İŞİD Rusiyanın şəhərlərində terror törətmək istəyirsə, ya keçmiş Şimali Qafqazdakı müttəfiqlərinə, ya da Mərkəzi Asiya mənşəli terrorçularına müraciət etməlidir. Aydındır ki, ərəb mənşəli İŞİD üzvünün Rusiya şəhərlərində qərar tutub terror aksiyası həyata keçirməsi real deyil. İŞİD-in rus dilini bilən və keçmiş SSRİ məkanından olan üzvləri Sankt-Peterburq metrosunu partlada bilərdi.

Bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Sankt-Peterburq metrosunda baş verən terakta münasibət bildirərkən qeyd edib. O, Peterburqun hədəf seçilməsinə də öz baxışını ortaya qoyub:

“Bəs niyə hədəf kimi Sankt- Peterburq seçilib? Axı buna qədər Moskvadan fərqli olaraq Sankt-Peterburqda bu böyüklükdə terror hadisəsi qeydə alınmamışdı.

Məncə, terrorçular bu dəfə Moskvanı yox, Sankt-Peterburqu hədəf seçməklə birbaşa Rusiya Prezidenti Vladimir Putinə mesaj yollayıblar. Putin Sankt-Peterburqda doğulub və həyatının böyük hissəsi bu şəhərdə keçib. Sankt-Peterburq onun üçün Moskadan əzizdir, hətta ən mötəbər qonaqlarını tez-tez Sankt-Peterburqda qəbul edir. Elə partlayış günü də Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Sankt-Peterburqda görüşürdü. Terrorçuların mesajını belə oxumaq lazımdır: “Biz sənin dogma və buna qədər təhlükəsiz saydığın şəhəri də hədəf götürə bilərik”.

Terrorçular bu dəfə Putinə meydan oxudular. Rusiya prezidenti buna cavab olaraq terroru həyata keçirənləri və planlaşdıranları qısa müddətdə neytrallaşdırmalıdır. Əks halda, bu partlayış onun nüfuzuna zərər vuracaq”./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26