Interposta.Info

Ərdoğan: "Onların dollarları varsa, bizim də Allahımız var"

Dünya
 10-08-2018, 14:33     10 383

Xəbər verdiyimiz kimi, Türkiyədə dolların məzənnəsi rekord həddə bahalaşıb. Belə ki, 1 dollar artıq 6 lirəni ötüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı dolların sürətlə bahalaşmasına münasibət bildirib. O, Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparıldığını söyləyib və əhalini buna qulaq asmamağa çağırıb:

"Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın. Bu saata qədər bizi gözlədiniz. Biz də gərgin iş rejimində yeni dövrə hazırlaşırıq. Bir tərəfdən dünyanın dörd bir yanın gedib-gəlirik. Ölkəmizi inşallah yeni dövrə çox daha fərqli hazırlamaq üçün çabalayırıq. Çox çalışacağıq və 2023-cü ilə fərqli şəkildə girəcəyik".

Qeyd edək ki, bir qədər əvvəl TRY/USD nisbəti yenidən qalxaraq 6,01-ə çatıb. TRY/GBP nisbəti 7,05, TRY/GBP nisbəti isə 7,67 olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26