Interposta.Info

Dollar

İqtisadiyyat
 4-01-2017, 13:46     1 144

Dollar

Dolların məzənnəsi dünyanın valyuta bazarında qəflətən yüksəlib.

interposta.info bildirir ki, Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, dollar indeksi əsas valyutalardan olan avro, yapon yeni, funt sterlinq, Kanada dolları, İsveçrə frankı, İsveç kroununa qarşı 2002-ci ildən bəri ən yüksək həddə çatıb.

Dünən avronun dollara qarşı məzənnəsi 1% ucuzlaşaraq 1,0341 dollara bərabər olub. Bu, 2003-cü ildən bəri ən aşağı göstərici sayılır. Belə ki, sonuncu dəfə bu göstərici 2003-cü ilin yanvarın 3-də qeydə alınıb. Həmin gün 1 avronun qiyməti 1,034 dollar təşkil edib.
Yapon yeni dollara qarşı 0,6% ucuzlaşaraq 118,6 dollara, Türkiyə lirəsi isə 1,7% ucuzlaşaraq 3,6 lirəyə bərabər olub. Türkiyə lirəsi dollara nisbətdə ən çox ucuzlaşan valyuta olub.

Moskva birjasında dollar rubla qarşı 91,75 qəpik və ya 60,355 rubla qədər ucuzlaşıb. Amma dünya bazarında dolların möhkəmlənməsi səbəbindən neftin ucuzlaşması rublun məzənnəsinə təsir edib. Dolların bahalaşması fonunda “Brent” markalı neft 3 dollar ucuzlaşıb.

Dünya bazarında trendin bu cür dəyişməsi ilə rubl ucuzlaşmağa başlayıb. Bununla da ticarət əməliyyatları zamanı dollar yenidən 61 rubl həddinə qayıdıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26