Interposta.Info

Dollar

İqtisadiyyat
 14-02-2017, 13:10     1 307

Dollar

Rusiyada dolların ucuzlaşması prosesi həftənin əvvəlindən davam edir.

Axar.az xəbər verir ki, dünya birjalarında neftin ucuzlaşmasına baxmayaraq, Rusiyada bu gün də rublun bahalaşması müşahidə olunub. Səhər saatlarından Moskva birjasında 1 dollar daha 0,27 rubl ucuzlaşıb və 57,7 rubla düşüb. Dolların bu göstəricisi 2017-ci ildə Rusiyada ən aşağı məzənnələrdən biridir.

Avronun məzənnəsi isə dollara nisbətən daha az dəyər itirib. Hazırda bir avro 0,18 rubl ucuzlaşaraq 61,27 rubla təklif edilir.

Türkiyədə də dolların cüzi ucuzlaşması baş verib. Hazırda qardaş ölkədə 1 dollar 3,66 lirəyə satılır.

Xatırladaq ki, Azərbaycanda son bir həftədə kəskin dəyər itirən dolların bugünkü məzənnəsi dünənlə müqayisədə dəyişməyib və 1,73 manatadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26