Rubl

Rublun kursu kəskin ucuzlaşmağa başlayıb.
Axar.az xəbər verir ki, “RİA Novosti” agentliyi artıq avronun 1,5% artaraq 65,05 rubl olduğunu bildirib. Bu isə cari ildə ilk dəfə qeydə alınıb.
Rubl dollara nisbətdə də ucuzlaşıb. Hazırda 1 dollar 60,30 rubla satılır.
Qeyd edək ki, dünən “Kommersant” qəzeti Rusiyanın Maliyyə Nazirliyinin rublun hazırkı dəyərindən narazı olduğu haqqında informasiya yayıb. Məlumata görə, nazirlik rublu 10%-ə qədər devalvasiyaya məruz qoyaraq, bir dolların 64,9 rubla qədər bahalaşmasını istəyir. Buna səbəb Rusiyanın ixrac etdiyi malların rəqabət imkanlarını artırmaqdır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26