Interposta.Info

Dollar

İqtisadiyyat
 6-02-2017, 18:47     1 063

Dollar

Həftə Rusiyada dolların kəskin ucuzlaşması ilə başlayıb.

Axar.az xəbər verir ki, hazırda Moskva birjasında 1 dollar 58,82 rubl, avro isə 63,17 rubladır.

Bir müddət öncə Rusiya Maliyyə Nazirliyi ölkənin ixrac potensialını qaldırmaq üçün dolların 65 rubla qədər bahalaşmasını nəzərdə tutduğunu açıqlamışdı. Ötən həftənin əvvəlində dolların 61 rublu keçməsindən sonra ekspertlər artıq prosesin başladığını da qeyd etmişdilər. Ancaq 6 fevralda dolların 59 rubldan da aşağı düşməsi rublun ucuzlaşdırılması prosesinin qısa müddətə hesdablanmadığını üzə çıxartdı.

Dolların ucuzlaşmasına həmçinin FES-in 1 fevral tarixli qərarı da təsir edib. Belə ki, gözlənilənlərin əksinə olaraq, FES sözügedən tarixdə faiz dərəcəsini artırmadı. ABŞ Prezidenti Trampın da dolların həddən artıq möhkəmlənməsində maraqlı olmadığı qeyd olunur. Əksinə, Tramp dolların nisbi ucuzlaşması ilə ABŞ-ın ixrac potensialını artırmağa çalışır.

Dolların ucuzlaşması Türkiyədə də davam edib. Yanvarın 29-da 3,94 lirə ilə tarixi rekorda imza atan dollar hazırda 3,67 lirəyədir.

Xatırladaq ki, Azərbaycanda da dolların ucuzlaşması müşahidə olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26