Interposta.Info

Dolların ucuzlaşmasının süni olduğunu göstərən

İqtisadiyyat
 10-02-2017, 11:07     1 214

Dolların ucuzlaşmasının süni olduğunu göstərən
Bloomberg terminalı üzərində dollar ucuzlaşmaqda davam edir. interposta.info fins.az-a istinadən xəbər verir ki, “Bloomberg” üzərində dollar 1.8252 manatdan 1.8245 manata düşüb.

Bu isə dolların manat qarşısında 0,04% ucuzlaşması deməkdir. Qeyd edək ki, terminal üzərindən dolların ucuzlaşması dinamikası kəskin aşağı düşüb. Belə ki, fevral ayının 8-də dollar gözlənilmədən 2,67% ucuzlaşmışdı.

Ötən gün “Bloomberg”in təyin etdiyi məzənnə Mərkəzi Bankın təyin etdiyi məzənnədən kəskin fərqlənib. Belə ki, MB da dolların məzənnəsini 1.7311 manat təyin etmişdi. Bu da Mərkəzi Bankın təyin etdiyi məzənnənin real olmağını sübut edir.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26