Interposta.Info

Dolların manata qarşı ucuzlaşması davam edir

İqtisadiyyat
 17-03-2017, 17:56     530

Dolların manata qarşı ucuzlaşması davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 27-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7201 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün üçün dolların rəsmi məzənnəsi 1,7202 manat səviyyəsində olub.

Maraqlıdır ki, bu gün Mərkəzi Bank tərəfindən valyuta hərracı keçirilməyib. Manatın orta çəkili məzənnəsi məhz valyuta hərraclarında müəyyənləşir. Valyuta hərracları həftənin çərşənbə axşamı və cümə axşamı keçirilir. Digər günlərdə rəsmi məzənnə dəyişməz qalır.

AMB ucuzlaşmanın səbəbini açıqlamayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26