Interposta.Info

Dollar 2,5 manata qalxa bilərmi? -

İqtisadiyyat
 28-01-2017, 08:45     757

Dollar 2,5 manata qalxa bilərmi? -
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib.

interposta.info xəbər verir ki, Elman Rüstəmov Unikal.org-a açıqlamasında deyib ki, bu gün dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edilir: "Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.

E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26