Interposta.Info

PKK-çı qadından dəhşətli etiraf: O filmləri izlətdirib...

Dünya
 7-06-2018, 20:13     10 423

Türkiyənin Şırnak vilayətində hüquq-mühafizə orqanlarına təslim olan PKK-çı qadınlar tükürpədən etiraflar edib.

Axar.az xəbər verir ki, qadınlar dağdakı PKK-çıların təslim olmamaları üçün onlara işgəncə filmlərinin izlədildiyini bildirib.

“Dağda foto çəkdirib paylaşanlar səmimi deyil. Hər şey göründüyü kimi deyil. Şəbəkəni tənqid etmək olmur. Səhv varsa, dilə gətirə bilmirsən. Öz canından bezən insanlar oradadır. Çox peşman oldum. Mənim kimi təslim olmaq istəyən çoxdur. Aclıq, susuzluq, çətinliklər var yəni... Duyğularımızın qarşısı alınıb. Təslim olmağa meylli olanlara işgəncə filmləri nümayiş etdirirlər”, - deyə 14 yaşlı G.B (şərti ad) bildirib.

24 yaşlı G.K (şərti ad) isə bildirib ki, son 3 ildir ki, PKK qruplaşması tənəzzülə doğru gedir.

O, özünün də elə 3 il qruplaşmada olduğunu və təslim olduğu üçün sevindiyini deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26