Interposta.Info

Anasını öldürdükdən sonra qaçan şəxs polisə təslim oldu —

Ölkə
 30-05-2017, 07:40     582

Anasının qətlində təqsirli bilinən və haqqında axtarış elan olunmuş şəxs könüllü olaraq polisə təslim olub.

Anası Kəmalə Məhərrəmovanın qətlində təqsirli bilinən 1994-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Məhərrəmov Nail Əlövsət oğlu bu gün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

Nail Məhərrəmov ilkin dindirilmə zamanı anasını qətlə yetirdiyini etiraf edib. O, bunu anasının əxlaqdankənar hərəkətlərinə dözə bilmədiyi üçün etdiyini bildirib:

“Dəfələrlə xəbərdarlıq etdim. Bu sənlik deyil dedi. Mən də öldürdüm”.

Hadisə may ayının 27-də Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. Həmin vaxt qətli törədən Nail Məhərrəmov hadisə yerindən qaçıb və haqında axtarış elan olunub. (report)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26