Bunu etsələr, Türkiyə dilənçi vəziyyətinə düşəcək - Nazir

Əgər nəzərdə tutulan layihələr dayandırılarsa, ölkəmiz yenidən 16 il əvvəl BVF-dən borc dilənən ölkəyə çevriləcək.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan müxalif namizədlərin çıxışları ilə bağlı açıqlamasında deyib.
“Müxaliflər və müxalif namizədlər həmişə nədən bəhs edir: Layihələri dayandıracağıq. Anlamalıdırlar ki, layihələr dayansa, Türkiyə borc dilənən ölkəyə çevriləcək”, - deyə Arslan bildirib.
Nazir əlavə edib ki, ona görə də 24 iyun seçkiləri öncəki seçkilərdən daha önəmlidir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26