Interposta.Info

Kılıçdaroğlu:

Dünya
 11-03-2017, 20:18     595

Kılıçdaroğlu:

Hollandiya hökumətinin nazir Mövlud Çavuşoğlunun uçuş icazəsini ləğv etməsi tamamilə yanlış addımdır. Türkiyənin istənilən cür sanksiya tətbiq etmək haqqı var.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib.

“Demokratiyanın qorucuları belə addım atmazlar. Demokratiya adı ilə türk nazirin uçuş icazəsini ləğv edə bilməzsən”, - partiya sədri əlavə edib.

Qeyd edək ki, Hollandiya hökuməti Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rotterdama uçuş icazəsini ləğv edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26