Interposta.Info

Türkiyə

Siyasət
 15-01-2017, 10:32     770

Türkiyə

Şimali Kipr Türk Cümhuriyyətini satmaq nə deməkdir? Çox ayıbdır. Hədlərini bilsinlər. Kiprlə bağlı bizim də qırmızı xəttimiz var.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.

“Türkiyənin təsir dairəsindən və təhlükəsizliyindən heç bir şərtə görə imtina edilə bilməz. Maddə 1. Əgər hər iki toplumlu dövlət qurulacaqsa, bu dövlətdəki idarəetmə ədalətli şəkildə olmalıdır. Maddə 3. Torpaq və ərazi məsələlərində də fikrimiz qətidir. Türkiyənin haqqı tapdalana bilməz. Qısacası, hər iki tərəf razılıqdan məmnun olmalıdır”, - Yıldırım bildirib.

Qeyd edək ki, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Öztürk Yılmaz Türkiyə iqtidarının Kipri güzəştə getdiyini iddia edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26