Interposta.Info

Ərdoğan: "Afrin axşama qədər alınacaq"

Dünya
 14-03-2018, 15:16     10 374

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin şəhərində həyata keçirilən anti-terror əməliyyatı barədə açıqlama verib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan "Afrində 3444 terrorçu zərərsizləşdirilib. Afrinə biraz daha yaxınlaşmışıq. Ümid edirəm ki, axşama qədər şəhərdə nəzarəti təmin edəcəyik" deyə bildirib.

Qeyd edək ki, Afrində PKK-PYD və İŞİD terrorçularına qarşı Türkiyə ordusu ilə Azad Suriya Ordusu əməliyyat keçirir. Şəhər mərkəzi bir neçə gündür mühasirədədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26