Interposta.Info

Ərdoğan açıqladı: Afrin üçün qərar verildi...

Dünya
 24-11-2017, 11:15     8 762

Əsas məqsədimiz Suriya xalqının qəbul edəcəyi qalıcı və mötəbər bir siyasi həll yolu tapmaqdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

“Afrin mövzusunda Soçidəki toplantı bizim üçün önəmli idi. Həm Rusiya, həm də İranın münasibətini öyrənməyimiz vacib idi. İndi münasibətlərini öyrəndikdən sonra İdlibdəki nəzarət və müşahidə nöqtələrinin Afrində də yaradılması işlərini dostlarımız davam etdirəcəklər. Biz qərarlılıqla yolumuza davam edəcəyik”, - Ərdoğan bildirib.

Qeyd edək ki, noyabrın 22-də baş tutan Soçi zirvəsinin əsas mövzusu Suriya problemi olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26